Bank Of Baku

Strasburqda AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçirilib

Strasburqda AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçirilib
# 17 aprel 2008 16:28 (UTC +04:00)
İclasa Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri də qatılıb. Görüş barədə APA-nın Avropa bürosuna açıqlama verən Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, Alt Komitədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iyuna planlaşdırılan görüşü ətrafında müzakirələr aparılıb: “Bu görüşün iyunda keçirilməsi nəzərdə tutulurdu. Amma belə qərara gəldik ki, görüşün keçirilməsi baş tutmayacaq. Çünki indi Ermənistanda vəziyyətin nə yerdə olduğu hər kəsə bəllidir. Buna rəğmən, biz Azərbaycan tərəfi olaraq konstruktivliyimizi nümayiş etdirdik. Bu görüşün heç oktyabr ayında da baş tutacağına inanmıram. Oktyabrda Azərbaycanda prezident seçkiləri keçiriləcək, işimiz çox olacaq. Bəlkə bu görüş 2009-cu ilin yanvar sessiyası çərçivəsində baş tutdu. Amma görüşün bu il keçirilməyəcəyi dəqiqdir”. Səməd Seyidov Ermənistandakı mövcud durumla əlaqədar AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin üzvlərinin regiona səfərinin gündəmdə olmadığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR