Bank Of Baku

Bakıda Azərbaycan və Niderland xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Niderland xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçirilib
# 18 aprel 2008 09:12 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti xarici işlər nazirinin müavinləri Mahmud Məmməd-Quliyev və Araz Əzimovla, həmçinin Birinci Ərazi İdarəsinin rəisi Rəhman Mustafayevlə görüş keçiriblər. Qonaqlar Azərbaycanda gedən proseslər və regiondakı siyasi-iqtisadi vəziyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları ilə maraqlanıb, Niderland şirkətlərinin Azərbaycana xüsusi maraq göstərdiklərini bildiriblər. Niderland nümayəndə heyətinə ölkəmizin xarici siyasət prioritetləri, Avropaya inteqrasiya sahəsində atılmış addımlar və qarşıda duran məsələlər, iqtisadiyyatın inkişafı və iki ölkə arasında mümkün ola biləcək əməkdaşlıq sahələri barədə məlumat verilib, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyəti həmçinin sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşləri olub. Görüş zamanı Azərbaycanda həyata keçirilən neft-qaz layihələri, Niderland şirkətlərinin bu layihələrdə iştirak imkanları barədə fikir mübadiləsi aparılıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Xəzər regionunun, xüsusilə Azərbaycanın həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi əhəmiyyəti qeyd edilib. Həmçinin qonaqlara Azərbaycanın neft strategiyasının ümumilikdə region üçün vacibliyi haqqında məlumat verilib və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR