Bank Of Baku

ABŞ Konqresinin Helsinki Komissiyasında Ermənistanda prezident seçkilərindən sonrakı vəziyyətə dair dinləmələr keçirilib

ABŞ Konqresinin Helsinki Komissiyasında Ermənistanda prezident seçkilərindən sonrakı vəziyyətə dair dinləmələr keçirilib
# 18 aprel 2008 09:15 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələri giriş sözü ilə açan Konqresdəki Helsinki komissiyasının sədri Alsi Hastinqs bildirib ki, bu il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı ATƏT-in açıqlamasında bu seçkilərin qismən beynəlxalq standartlara cavab verdiyi qeyd edilib: “ Lakin ölkə əhalisinin bir hissəsi prezident seçkilərinin ciddi saxtakarlıqla müşayiət olunduğunu, hüquq-mühafizə orqanlarının aktiv müdaxiləsi ilə keçdiyini əsas gətirərək, etiraz aksiyaları keçirməyə başlayıblar. Mart ayının 1-də polislə müxalifətçilər arasında baş tutan toqquşma nəticəsində 8 dinc sakin həyatını itirib”. Konqresmen Hastinqs martın əvvəlində baş verən toqquşmanın Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurduğunu da qeyd edib.
Bundan sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza komissiya üzvləri qarşısında çıxış edib. Lakin komissiyada dinləmələrin Ermənistandakı siyasi vəziyyətə həsr olmasına baxmayaraq, konqresmenlər Hastinqs və Smitis Metyu Brayzaya Azərbaycanın siyasi rəhbərliyinin son bəyanatları barədə suallar verməyə başlayıblar. Onlar Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağın bütün vasitələrdən istifadə edərək, geri qaytarılacağı ilə bağlı bəyanatlarına münasibət istəyiblər. Konqresmenlər Azərbaycanda müharibə ab-havasının olduğunu bildiriblər və Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirildiyini xatırladıblar.
Metyu Brayza Ermənistanla Azərbaycan arasında müharibənin başlanmasının regionda yeni ciddi fəsadlar yaradacağını, yeni qaçqınların öz evlərindən didərgin düşəcəyini qeyd etdi. Buna görə də o, Minsk Qrupu çərçivəsində sülh danışıqların davam etdirilməsinin vacib olduğunu xatırladıb.
Daha sonra Ermənistan prezidentinin müşaviri Vigen Sarkisyan çıxış edərək, ölkədə keçirilən prezident seçkilərinin ATƏT-in standartlarına cavab verdiyini deyib. O, hakimiyyətin şərtsiz olaraq müxalifətlə dialoqa hazır olduğunu və mart hadisələrinə görə məsuliyyət daşıyan hər kəsin cəzalandırılacağını qeyd edib. Sarkisyan Levon Ter-Petrosyanı da tənqid edib və onun Qərbdə “daha çox demokrat” kimi tanınması fikri ilə razılaşmayıb.
Levon Ter-Petrosyanın sabiq mətbuat katibi Armen Qriqoryan isə müxalifətin Serj Sarkisyanı prezident kimi tanımadığını və seçkilərin kütləvi saxtakarlıqla müşayiət olunduğunu bildirib. A. Qriqoryan iqtidarın həbs etdiyi müxalifət liderlərinin azadlığa buraxılması üçün hakimiyyət qarşısında tələbin irəli sürülməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR