Bank Of Baku

Səfir: “Yaxın vaxtlarda İrandakı azərbaycanlı məhbuslar ekstradisiya olunacaq”

Səfir: “Yaxın vaxtlarda İrandakı azərbaycanlı məhbuslar ekstradisiya olunacaq”
# 18 aprel 2008 09:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İran həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarından bizə məlum olanlarının sayı yeddi nəfərdir”. Bu sözləri APA-ya Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov deyib. Onun sözlərinə görə, İran həbsxanalarında olan Azərbaycan vətəndaşlarının sayı müqabil ölkədən olanlarla müqayisədə qat-qat azdır. “Vaxtaşırı Azərbaycan vətəndaşları da ölkəsinə ekstradisiya olunur”. Səfir İran həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının növbəti qrupunun yaxın vaxtlarda ekstradisiya olunması ilə bağlı danışıqlar aparıldığını da söyləyib: “Bununla bağlı İran hökumətinə müraciət olunub. İki-üç ay ərzində növbəti ekstradisiya olmalıdır. Hesab edirəm ki, yaxın vaxtlarda ekstradisiyanın həyata keçiriləcəyi gün də bəlli olacaq. Bu mərhələdə yeddi nəfər Azərbaycan vətəndaşından neçəsinin ekstradisiya olunacağı isə hələ müəyyənləşməyib”.
Qeyd edək ki, təhvil vermə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında azadlıqdan məhrum edilən məhkumların cəza çəkmək üçün verilməsi haqqında 21 fevral 1998-ci il tarixli müqaviləyə uyğun olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR