Bank Of Baku

Gürcüstan parlamentinə 14 azərbaycanlının namizədliyi irəli sürülüb

Gürcüstan parlamentinə 14 azərbaycanlının namizədliyi irəli sürülüb
# 05 may 2008 11:20 (UTC +04:00)
Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiöncəsi missiyasının tərkibində Gürcüstanda səfərdə olan millət vəkili Qənirə Paşayeva APA-ya bildirib ki, missiya milli azlıqların yaşadığı bölgədə seçkiqabağı vəziyyət və milli azlıqların seçki prosesindəki iştirakı ilə maraqlanıb. Q. Paşayeva deyib ki, siyasi qüvvələr arasında proporsional sistem üzrə namizədlər siyahısında ən çox azərbaycanlıya yer verən qurum prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasıdır. Milli Hərəkatın namizədlər siyahısında 3 azərbaycanlı yer alıb. Ramin Bayramov 29-cu, İsfahan Şamilov 50-ci, Elşən Həsənov isə 64-cü yerdədir. Milli Hərəkat majoritar qaydada Marneuli rayonundan Kvemo-Kartli regionunun qubernator müavini Azər Süleymanovun namizədliyini də dəstəkləyir. Respublikaçılar Partiyasının siyahısında 15-ci yerdə olan Əli Babayev həm də majoritar qaydada Qardabanidən namizəd göstərilib. Bu partiya majoritar sistem üzrə Bolnisidən Ramiz Bəkirovun, Marneulidən Kamil Əliyevin, Dmanisidən Tahir Şahverdiyevin namizədliyini irəli sürüb. Milli Radikal Demokratlar Partiyasının proporsional siyahısının 6-cı sırasında Əli Həsənova, 24-cü sırasında Əlixan Abdiyevə yer verilib. Ə. Həsənov həm də majoritar qaydada Marneulidən namizəd göstərilib, Bolnisidəki majoritar dairədən isə Abay Paşayevin namizədliyi irəli sürülüb. Prezidentliyə keçmiş namizəd Fazil Əliyev Xristian Demokratik Alyans Partiyasının siyahısında 10-cu yerdədir, eyni zamanda o, Qardabanidəki dairədən namizəddir. Arzu Balakişiyev isə proporsional siyahıda 45-ci yerdədir. “Tradisionistlər”in siyahısında 24-cü sırada Arzu Həsənov adlı soydaşımız var. O, həm də Marneulidən majoritar sistem üzrə namizəddir. Q. Paşayevanın sözlərinə görə, builki seçkilərdə ötən illərlə müqayisədə həm namizədlərin, həm də əhalinin fəallığı yüksəkdir: “Azərbaycanlılar Gürcüstanda ən böyük milli azlıqdır və onların əvvəlki parlamentdə təmsilçiliyi saylarına uyğun deyildi. Ümid edirik ki, soydaşlarımız yeni parlamentdə lazımi səviyyədə və lazımi sayda təmsil olunacaqlar”.
Qeyd edək ki, Q. Paşayeva AŞ PA missiyasının tərkibində Gürcüstandakı seçkilərdə müşahidə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR