Bank Of Baku

28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olacaq  - YENİLƏNİB

Milli Məclis

© APA | Milli Məclis

# 11 oktyabr 2021 16:59 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.

***

saat 11.42

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR