Bank Of Baku

58 partiyadan 14-ü MSK-ya hesabat verib

58 partiyadan 14-ü MSK-ya hesabat verib
# 10 mart 2022 14:33 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edən partiyaların sayı 14-ə çatıb.

APA xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 58 partiyadan 14-ü 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.

Həmin partiyalar aşağıdakılardır:

-Vətəndaş Həmrəyliyi Partiyası

-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

- Azərbaycan Liberal Partiyası

- Azərbaycan Respublikaçılar Partiyası

- Ədalət” Partiyası

- Demokratik İslahatlar Partiyası

- Azərbaycan Tərəqqi Partiyası

- Milli Dirçəliş Hərəkatı Partiyası

- Azərbaycan Demokratik Maarifçilik Partiyası

- Azərbaycan Xalq Partiyası

- Müasir Musavat Partiyası

- Böyük Quruluş Partiyası

- Vətəndaş və İnkişaf Partiyası

- Müstəqil Xalq Partiyası (MXP)

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR