Bank Of Baku

8 siyasi partiya MSK-ya hesabat verib

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 04 mart 2022 19:05 (UTC +04:00)

Azərbaycanda qeydiyyatda olan 58 partiyadan 8-i 2021-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib

APA xəbər verir ki, həmin partiyalar aşağıdakılardır:

-Vətəndaş Həmrəyliyi Partiyası

-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

- Azərbaycan Liberal Partiyası

- Azərbaycan Respublikaçılar Partiyası

- Ədalət” Partiyası

- Demokratik İslahatlar Partiyası

- Azərbaycan Tərəqqi Partiyası

- Milli Dirçəliş Hərəkatı Partiyası

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR