Amnistiya Aktı 15 mindən artıq şəxsi əhatə edəcək.
APA-nın məlumatına görə, bunu parlamentin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün komitədə "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib.
***
17.35
Zəfər Günü münasibəti ilə hazırlanmış Amnistiya Aktının şamil edilməsi gözlənilən şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə ən böyük Amnistiya Aktı olacaq.
APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı bildirilib.
Qeyd edilib ki, Amnistiya Aktı nəticəsində bir çox şəxs azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.