Arif Rəhimzadəyə “Şərəf”, Misir Mərdanova “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO - VİDEO

Arif Rəhimzadəyə “Şərəf”, Misir Mərdanova “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO  - VİDEO
# 19 noyabr 2021 17:15 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfransda YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə “Şərəf” ordeni təqdim olunub.

APA-nın məlumatına görə, A. Rəhimzadə Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Konfransda YAP Veteranlar Şurasının üzvü Misir Mərdanova isə “Vətənə xidmətə görə” ordeni təqdim olunub.

M. Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin 2 oktyabr 2021-ci il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ordenləri YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Rəhimzadəni “Şərəf” ordeni, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Mərdanovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR