Azərbaycanda 2020-ci ildə 63 siyasi partiya dövlət qeydiyyatına alınıb.
APA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında əksini tapıb.
Məlumatda qeyd edilib ki, onlardan yalnız 1-nə qadın, digər 62-nə kişilər rəhbərlik edib.
Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə siyasi partiyalar tərəfindən irəli sürülən qadın namizədlərin ümumi sayı 276 nəfər, seçilənlərin sayı isə 22 nəfər olub.