Bank Of Baku

BŞİH Aparatına müvəqqəti rəhbər təyin olunub

BŞİH Aparatına müvəqqəti rəhbər təyin olunub
# 19 fevral 2022 13:09 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunub.

APA-nın xəbərinə görə, o, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında ümumi şöbənin və BŞİH tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Qeyd edək ki, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev olub. Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR