Bank Of Baku

Cavid Osmanov: “Hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır”

Cavid Osmanov, Milli Məclisin deputatı

© APA | Cavid Osmanov, Milli Məclisin deputatı

# 14 fevral 2022 20:05 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin regionlara, eləcə də işğaldan azad olunmuş ərazilərə səfərləri bir daha işğaldan azad olunmuş ərazilərin bərpasının dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C. Osmanov deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad olunmuş ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayır: “Torpaqlar işğaldan azad olunandan sonra bu ərazilərə dövlət başçısı tərəfindən mütəmadi səfərlər həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad olunmuş ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayır. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir”.

Deputat qeyd edib ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir: “Ötən gün Prezident İlham Əliyev növbəti belə səfəri Ağdama edib. O, Ağdam rayonuna səfər çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda “Ağcabədi” yarımstansiyasının açılışlarını etdi. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpa edildiyini göstərir. Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması - sənaye zonalarının sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Ağdam şəhərində “Park Forest Otel Ağdam” mehmanxanasının da təməli qoyuldu. Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına yüksək töhfə verəcək. Prezident İlham Əliyevin Ağdamda həyata keçirdiyi təməlatma mərasimləri işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisi oldu”.

C. Osmanovun sözlərinə görə, Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması - otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan köçkünlərin Böyük Qayıdışının əyani göstəricisidir: “İşğaldan azad olunmuş rayonlarda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi planlaşdırılır. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işləri görülür. Ümumiyyətlə, ölkəmizdə və işğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəni irsimizə böyük diqqət və qayğısının daha bir nümunəsidir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması da Böyük Qayıdış çərçivəsində dəyərləndirilməlidir. İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması, hazırkı dövrə kimi ölkədə müasir səhiyyə infrastrukturunun qurulması ilə bağlı işlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR