“Azərbaycan vətəndaşları Konstitusiyaya əsasən, öz ölkəsinə hər zaman maneəsiz qayıda bilər”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, yalnız hərbi və fövqəladə hallar zamanı bu, tətbiq edilməyə bilər: “Amma şükürlər olsun ki, bu gün belə vəziyyət yoxdur. Buna baxmayaraq, Azərbaycan vətəndaşları bu gün quru sərhədi keçə bilmir”.