Bank Of Baku

Deputat: "Gəncə Avropa şəhərləri ilə eyni sırada durmaq iqtidarındadır”

Milli Məclisin deputatı Vüqar İskəndərov

© APA | Milli Məclisin deputatı Vüqar İskəndərov

# 31 yanvar 2022 18:00 (UTC +04:00)

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həm Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini təmin edib, həm də ölkəmizdə bütün regionlar inkişaf və tərəqqiyə nail olub. Prezidentin Gəncəyə son səfəri də Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Bunu APA-ya açıqalamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət, görülən işlər nəticəsində ölkəmizin iqtisadi qüdrəti artıb: “Məhz bunun nəticəsidir ki, hazırda təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Daha dəqiqliklə ifadə etsək, bütün bölgələr, bölgələrin inkişafına hesablanmış hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir”.

V.İskəndərov deyib ki, bütün bunlar Gəncənin timsalında bir daha öz təsdiqini tapır: “Əvvəla onu deyim ki, bu, Azərbaycanın ikinci böyük şəhərinə Prezidentin sayca 18-ci səfəridir. Bu illər ərzində şəhərdə reallaşdırılan infrastruktur layihələri, atılan addımlar, görülən genişmiqyaslı işlərin hamısı haqqında məlumatı bir açıqlamaya sığdırmaq olmaz. Sadəcə, bir neçə faktı qeyd etməklə görülən işlərin miqyasını təsəvvürə gətirmək mümükdür. Əvvəla, Gəncədə elektrik enerjisi ilə təchizat tam öz həllini tapıb. Ötən illər ərzində burada 10 yarımstansiya tikilib və ya təmir edilib. Həmçinin qazlaşdırma layihəsi də tam icra edilib. Mühüm infrastruktur layihələrindən danışarkən onu da vurğulamalıyıq ki, hazırda 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir. Məhz bu layihənin icrası nəticəsində Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Onu da xatırladım ki, səfər zamanı dövlət başçısı layihənin icrasının sürətləndirilməsini tapşırdı. Yol-nəqliyyat infrastrukturuna gəlincə, qeyd edim ki, Bakı-Gəncə avtomobil yolu və Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb. Həmçinin Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb. Eyni zamanda Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl dövlət başçısının təşəbbüsü ilə yenidən qurulub”.

Deputat vurğulayib ki, Prezidnetin diqqət və qayğısı nəticəsində ötən illər ərzində Gəncədə mədəniyyət, səhiyyə və təhsil sahələrində də mühüm addımlar atılıb: “245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib, tədris korpusu yenidən qurulub. Bundan başqa, Dövlət Filarmoniyasının və Dram Teatrının yeni binaları tikilib”.

Dövlət başçısının bu səfəri zamanı da bir sıra obyektlərinin açılışın olduğunu xatırladan deputat onu da qeyd edib ki, regionların sosial-iqtosadi inkişafı Prezident İlham Əliyevin siyasətində hər zaman ilk sıralarda dayanıb: “Məhz bu konteksdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlarının uğurla icrası nəticəsində nəinki şəhər və rayonlar, hətta ucqar kəndlər də inkişaf edib. Biz bu gün bunu müasir Gəncənin timsalında acıq-aydın görürük”.

V.İskəndərov bildirib ki, bu gün inkişaf edən Gəncəyə baxarkən həm də ötən əsrin 90-cı illərinin əvvəllərində baş verənləri də kədər hissi ilə xatırlayırıq: “1990-cı illərin Gəncəsi ilə müasir Gəncə arasında müqayisə apararkən nəyi görürük? 1990-cı illərin Gəncəsi deyəndə təəssüflər olsun ki, xatirimizə işıqsız, qazsız və yollarsız Gəncə, sosial gərginlik, AXC hakimiyyəti dövründə şəhərin həm də siyasi və hərbi gərginlik ocağına çevrilməsi, hakimiyyətin şəhəri bombalamaq planı, hərbi qarşıdurmalar və s. gəlir. Bu gün görülən bütün işlərə qara yaxmaqla məsğul olan radikal müxalifətin idarəçiliyi dövründə Gəncə olmazın problemlərə tuş gəldi. Şükürlər olsun ki, artıq həmin günlər arxada qalıb. AXC hakimiyyətinin idarəçiliyi dövründən fərqli olaraq, bu gün Gəncə öz inkişafına görə hətta Avropa şəhərləri ilə eyni sırada durmaq iqtidarındadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR