Bank Of Baku

Deputat: “Gəncə Şərqi Zəngəzurun inkişafında xüsusi rol oynayacaq”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 01 fevral 2022 18:37 (UTC +04:00)

“Prezident İlham Əliyevin 18 il ərzində Gəncəyə 18 dəfə səfər etməsi bu şəhərə xüsusi diqqətin göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, ötən 18 il ərzində Gəncədə əsas infrastruktur layihələri icra olunub, elektrik enerjisi ilə təchizat və qazlaşdırma tam həllini tapıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, Gəncənin içməli su və kanalizasiya probleminin həlli üçün isə dəyəri 800 milyon manat olan layihə icra olunur. Gəncədən Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib və Bakı-Gəncə-Bakı yüksəksürətli qatarı fəaliyyət göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanı da yenidən qurulub: “İnfrastrukturun modernləşdirilməsi, genişləndirilməsi istiqamətində işlər hazırda da davam etdirilir. Məsələn, hazırda Gəncə-Qazax-Gürcüstan sərhədi yolu iki zolaqdan dörd zolağa genişləndirilir. Eyni zamanda Gəncədən Göygöl və Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Digər tərəfdən, şəhərdə həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Məsələn, Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. O cümlədən Gəncədə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib və dövlət başçısı hər iki yataqxananın açılışında iştirak edib. Universitetin tədris korpusu da yenidən qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malik idi”.

Deputat Gəncənin işğaldan azad edilmiş ərazilərin inkişafında da xüsusi rol oynayacağını vurğulayıb. Söhbət ilk növbədə Kəlbəcər və Laçın rayonlarından gedir. Onun sözlərinə görə, hazırda Kəlbəcərə gedən yeganə yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Qış aylarında da bu yoldan rahat istifadə üçün hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel də çəkilir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcək. Buna görə də Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Gəncə Şərqi Zəngəzurun inkişafında xüsusi rol oynayacaq”.

M. İbrahimqızı dövlət başçısının Gəncəyə son səfəri zamanı çox vacib infrastruktur layihələrinin açılışında, təməlqoyma mərasimlərində iştirakına diqqət çəkib: “Bu açılışlar bir daha onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim dövlət başçısının diqqət mərkəzindədir. Məsələn, Prezident “ASAN xidmət” Mərkəzinin açılışında iştirak etdi. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılsa da, tələbatın böyük olması səbəbindən növbələr yaranıb. “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ancaq dövlət başçısının qeyd etdiyi kimi, əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmur. Ona görə də Prezidentin göstərişi ilə Gəncədə birincidən daha böyük “ASAN xidmət” Mərkəzi yaradılıb. Beləliklə, növbələr də artıq aradan götürüləcək. Eyni zamanda Prezident İlham Əliyevin iştirakı ilə Gəncə Dram Teatrının açılışı oldu. Bu da təsadüfi deyil. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev Gəncədə olarkən teatrın truppasının nümayəndələri şəhərdə dram teatrının tikilməsi ilə bağlı ona müraciət etmişdilər. Dövlət başçısı da bu müraciəti nəzərə alıb və şəhərdə həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı. Prezident Gəncədə olarkən Gəncə İdman Sarayının tikintisi ilə də tanış oldu. Dövlət başçısının təşəbbüsü ilə inşa edilən bu idman sarayı Azərbaycanda ən böyük idman sarayı olacaq. Gəncədə lokomotiv deposunun yaradılması da artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bütün bunlar isə Gəncəyə xüsusi diqqətin növbəti sübutudur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR