Bank Of Baku

Deputat: “Gənclər Prezidentlə görüşdə fəaliyyətləri üçün yol xəritəsi əldə etdilər”

Azər Badamov, Milli Məclisin deputatı

© APA | Azər Badamov, Milli Məclisin deputatı

# 03 fevral 2022 12:26 (UTC +04:00)

“Prezident İlham Əliyev 2 Fevral Gənclər Günü ilə əlaqədar keçirilən Forumda gənclərimizi düşündürən bir çox suallara aydınlıq gətirdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ötən dövrdə ölkəmizdə vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib: “Məhz öz canını Vətən yolunda qurban verməyə hazır olan gənclərimizin sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, bu, hər bir azərbaycanlının başını uca etdi”.

A. Badamov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində gənclərimizin daim dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb: “Ünvanlanan sualların əksəriyyətinə diqqət yetirsək görərik ki, bu suallar gənclərimizin ölkəmizin gələcəyinin daha parlaq olması üçün Prezidentin tövsiyələrin eşidilməsi və gənclərin gələcək fəaliyyətlər istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı olub. Dövlət başçısı da gənclərə indiki dövrdə ölkəmiz üçün necə və nə etmək lazım olduğu haqqında öz tövsiyələrini verdi. Məsələn, Prezident qloballaşan dünyada informasiya müharibəsinin davam etdiyini və burada gənclərimizin rolunun hər zaman vacib olduğunu vurğuladı. Eyni zamanda xaricdə təhsil, indiki zamanda xaricdə təhsil almış mütəxəssislərin ölkəyə qayıtmasının vacibliyi, inklüziv cəmiyyətin qurulmasında fiziki imkanları məhdud gənclərin iştirakı, gənc startapçıların öz biznes fəaliyyətlərini qurması, ermənilərin dağıtdığı ərazilərin təsviri incəsənət vasitəsilə tarixə yazılması, işğaldan azad edilmiş torpaqlara qayıdışımız və digər məsələlər barədə fikirlərini açıqladı. Prezidentin gənclərlə görüşü 3 saata qədər davam etdi və çox maraqlı keçdi. Düşünürəm ki, gənclərimiz bu görüşdən çox razı qaldılar. Gənclər Prezidentlə görüşdə öz gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün bir yol xəritəsi əldə etmiş oldular”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR