“Sual edirəm, bu gün bizim hansımız cənab Prezident qədər dövlətinə, xalqına can yandırır?! Təbii ki, heç birimiz”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Prezidentin sistemli mahiyyət daşıyan islahatları hökumətin bütün strukturlarında uğurla həyata keçirilməkdədir: “Mən bunu kiməsə görə, kiminsə xoşuna gəlmək üçün demirəm. Prezidentin formalaşdırdığı bu hökumət qarşıya qoyulan işləri uğurla həyata keçirməkdədir. Hökumətin fəaliyyətinin ciddi tənqid edilməsinin əleyhinəyəm, tövsiyə vermək olar. Bu komanda çox peşəkardır".