Bank Of Baku

Deputatlarla Baş nazirin müavinlərinin görüşünün keçirilməsi təklif olunub

Cavid Osmanov, Milli Məclisin deputatı

© APA | Cavid Osmanov, Milli Məclisin deputatı

# 15 mart 2022 15:58 (UTC +04:00)

“Baş nazirlərin müavinlərinin deputatlarla rübdə bir dəfə görüşü təşkil edilsin”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu, rayonlardakı problemlərin həlli üçün yaxşı nəticə verə bilər: “Baş nazirin müavinləri ilə deputatlar rübdə bir dəfə rayonlarda olan problemləri müzakirə etsinlər. Bununla hesabat iclasına qədər rayonlarda olan problemlərin həllinə daha çox nail ola bilərik. Bu, həm də hökumət və parlament arasında əlaqələrin də daha da möhkəmlənməsinə səbəb olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR