Bank Of Baku

Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
# 25 fevral 2022 19:30 (UTC +04:00)

Baş nazir Əli Əsədov fevralın 25-də Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Bakıda keçirilən Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR