“Vətən müharibəsində Ali Baş Komandan bölgənin ən güclü ordusunu yaratdığını ortaya qoydu. Prezident İlham Əliyevin təcrübəsini indi çoxları öyrənir, ancaq tətbiq edə biləcəkləri böyük şübhə doğurur”.
APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda Milli Məclis sədrinin müavini Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, Qərb dünyası qərəzini kənara qoysaydı, növbəti Nobel sülh mükafatına məhz Prezident İlham Əliyev layiq görülərdi: “Türk və İslam dünyasının ən parlaq şəxsiyyəti məhz Prezident İlham Əliyevdir”.