“İlk dəfə olaraq, YAP-da parlamentdə təmsil olunan bütün partiya sədrlərinin, komitə sədrlərinin və ölkədə fəaliyyət göstərən bütün politoloqların iştirakı ilə tədbir keçirəcəyik”.
APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.
T. Budaqov bildirib ki, YAP-da keçiriləcək tədbirdə bütün sahələrdə vahid mövqedən çıxış etmək, siyasi konfiqurasiyada edilən dəyişikliklər və s. mövzularda müzakirələr aparılacaq.