Milli Məclisdə insan hüquqları və diffamasiya ilə bağlı ictimai dinləmə keçiriləcək.
APA-nın məlumatına görə, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, komitədə sessiya müddətində “18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə” və “Diffamasiya haqda qanunvericilik və beynəlxalq təcrübə” ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur.