“Düz bir il əvvəl Müzəffər Ali Baş komandan Prezident İlham Əliyevin öndərliyi ilə Azərbaycan ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edib, torpaqlarımızın 30 illik işğalına son qoyulub”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, Zəfər bayramını qeyd etdiyimiz 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmənin son müqaviməti də qırılıb və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilib: “Prezidentin də qeyd etdiyi kimi, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu yalnız irəli gedib, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilib”.
Parlamentin komitə sədri nəzərə çatdırıb ki, işğal müddəti ərzində dünyaya haqq səsimizi çatdırmağımıza, beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunsa da, qətnamələrə əməl etməməsinə baxmayaraq, işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməyib. Münaqişənin həlli üçün yaradılmış digər beynəlxalq qurum olan ATƏT-in Minsk qrupu da 30 il müddət ərzində heç bir ciddi iş görməyib, münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışıb. Həmçinin bu müddət ərzində BMT və ATƏT kimi beynəlxalq təşkilatlar azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmayıb, Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror hadisələrinə münasibət bildirməyib, əsrin ən qanlı hadisələrindən olan azərbaycanlılara qarşı törədilmiş Xocalı Soyqırımı ilə əlaqədar heç bir tədbir görməyib. Ermənilər isə ərazilərimizi işğal etməklə kifayətlənməyib, dini və tarixi abidələrimizi məhv edib, ölkəmizə qarşı təxribatlar törətməkdə davam edib. Hətta azğınlaşmış düşmən yeni ərazilər işğal etmək arzusuna da düşüb”.
Z. Əsgərov qeyd edib ki, Ulu öndərimizin layiqli davamçısı olan və onun müdrik siyasi kursunu davam etdirən Prezident İlham Əliyev son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulduğunu, bəzi ölkələrin güc tətbiq edərək öz məqsədlərinə çatdıqlarını, beynəlxalq təşkilatların qərarlarının kağız üzərində qaldığını diqqətlə izləyirdi: “Bu müdrik siyasətin nəticəsidir ki, Prezident hələ illər əvvəl belə haqsız münasibətin Azərbaycana qarşı tətbiq edilməsinin yolverilməz olduğunu, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, bizim bu məsələni hərbi yollarla həll edəcəyimizi bütün dünyaya bəyan etmişdi. Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və Ali Baş Komandanın əmrini gözləyib. Prezident İlham Əliyev isə dəfələrlə xalqa müraciətində bildirib ki, nəyi nə vaxt, necə etmək lazım olduğunu yaxşı bilir. Bu gün Zəfərimizin bir ilini qeyd etməyimiz təsdiq edir ki, həqiqətən də vaxtında verilən qərarlar və vaxtında atılan addımlar qələbəni şərtləndirir. Biz bu illər ərzində güc topladıq, iqtisadiyyatımızı inkişaf etdirdik, ordumuzu gücləndirdik, münaqişənin həlli üçün hüquqi zəmin olan sənədlərin qəbul edilməsinə nail olduq, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq, yalan erməni təbliğatını ifşa etdik. Məhz bu müdrik siyasətin nəticəsidir ki, yalnız döyüş meydanlarında deyil, siyasi müstəvidə, informasiya müharibəsində, diplomatik fəaliyyətdə də qələbə qazanan biz olduq və bir güllə də atmadan Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldı”.
Parlamentin komitə sədrinin sözlərinə görə, Vətən müharibəsinin mühüm məqamlarından biri odur ki, döyüş meydanında uduzan, hər zaman olduğu kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlara əl atan, dinc əhalini, mülki obyektləri, müharibə meydanından kənarda yerləşən rayonları hədəf almaqla xalqımızın mübarizə əzmini qırmaq istəyən aciz düşməndən fərqli olaraq rəşadətli Azərbaycan Ordusu bir dəfə də olsun qeyri-hərbi obyektləri, mülki infrastrukturları, dinc əhalini hədəf seçməyib: “Azərbaycan Ordusu müharibə qanunlarına əməl edib. Eyni zamanda Azərbaycan əsirləri geri qaytarmaqla böyük humanizm nümayiş etdirib. Rəşadətli ordumuz mənfur düşməni döyüş meydanında məğlubiyyətə uğradıb. Prezidentin fəxrlə vurğuladığı kimi Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb, əksinə yaralı əsgərlərimiz tezliklə sağalıb döyüş meydanına qayıtmağa tələsiblər. Çünki Azərbaycan əsgəri vətən torpağı uğrunda, düşmən işğalına son qoymaq uğrunda vuruşub və bu yolda canından keçməyə hazır olub. Mən Müzəffər Ali Baş Komandan başda olmaqla rəşadətli Azərbaycan Ordusuna, hərbçilərimizə, bütün müharibə iştirakçılarına və onların ailələrinə təşəkkür edirəm. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, biz həm də tarixi həqiqəti, haqq-ədaləti, hətta icra edilməmiş BMT qətnamələrini icra etməklə beynəlxalq hüququ da bərpa etmişik”.
Z. Əsgərov deyib ki, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, müharibə iştirakçılarına, qazilərimizə, şəhid ailələrinə göstərilən qayğı, sürətlə aparılan bərpa-quruculuq işləri, Zəngəzur dəhlizlərinin açılmasına yönəlmiş fəaliyyət, Prezidentin əsl liderlik nümayiş etdirərək yorulmadan işğaldan azad olunmuş ərazilərimizə dəfələrlə etdiyi səfərlər müharibədən sonra da müdrik və uğurlu siyasətin davam etdiyini göstərir: “Xalqımız əmin olsun ki, Zəfərimiz əbədi olacaq və bir qarşı Vətən torpağı belə düşmənə güzəştə gedilməyəcək. Çünki bizim mübarizəmiz haqlı mübarizədir, bizim gücümüz və qüdrətimiz Müzəffər Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə qələbə qazanmaq əzmindədirlər”.
Parlamentin komitə sədri: “44 günlük Vətən müharibəsində haqq-ədalət bərpa edildi”
© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Daxili siyasət
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə təsdiqlənib
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,2 milyard dollara çatıb
Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır
İngiltərədə bu yay anomal istilər nəticəsində 5258 nəfər ölüb
Almaniya “Patriot” raketlərinin alınmasına 4 milyard avrodan çox vəsait ayıracaq
Tramp: İrana qarşı hərbi əməliyyatın maliyyələşdirilməsi yanvarın sonunadək təmin edilib
Almaniya Rusiya millisinin 2027-ci il hokkey üzrə dünya çempionatında iştirakına mane ola bilər
İraq 17 il ərzində neft qaçaqmalçılığına görə 300 milyard dollardan çox vəsait itirib
Böyük Britaniya və Ukrayna zərbə dronlarının istehsalı ilə bağlı saziş imzalayıb
Odessa vilayətinə hücum olub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb
UEFA ÇL: Liqa mərhələsinin V turuna start verilib - NƏTİCƏLƏR
“Qalatasaray”ın “Aston Villa” ilə oyunda zədələnən hücumçusu əməliyyat olunacaq
ABŞ Ədliyyə Nazirliyi "Nvidia" rəhbəri ilə bağlı araşdırma aparılmasını istisna etmir
Zelenski Lukaşenkoya Putini də götürüb Kiyevə gəlməyi təklif edib
Pezeşkian Xameneinin məzarı önündə ağlayıb - VİDEO
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
Şirvan sakininin əlində ov tüfənginin patronu partlayıb
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
ABŞ-da kiberdələduzluq qurbanlarına 9 ay ərzində 8 milyard dollar qaytarılıb
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
Ermənistan XİN: TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq
Yardımlıda məktəbdən evə qayıtmayan ikinci sinif şagirdinin meyiti tapılıb
Zelenski: Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Balakəndə qardaş qardaşı bıçaqlayıb
Qubada avtomobili ilə 60 yaşlı qadını vuraraq öldürən sürücü tapılıb - YENİLƏNİB
Türkiyədə helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - YENİLƏNİB
İsrail müdafiə naziri: İran kimyəvi silah hazırlayır, ABŞ-la birlikdə hücuma hazırlaşırıq
AK Partiya sədrinin müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib
Putin Rusiyada benzinin qiymətinin sabitləşdiyini açıqlayıb
Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu bildirib
Putin: Rusiya yanacağının tədarükünü məhdudlaşdırmaq cəhdləri avropalıların özlərinə təsir edəcək
ABŞ-da İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin öldürülməsi müzakirə olunur
Aİ Komissiyası 13 ölkəyə büdcə xəbərdarlığı edib
Pezeşkian: ABŞ ilə danışıqlar aparırıq, lakin təslim olmayacağıq
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Ermənistan və Səudiyyə Ərəbistanı arasında ilk siyasi məsləhətləşmələr keçiririlib
Hans-Diter Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bəzi ərazilərdə külək güclənir - FAKTİKİ HAVA
Musa Quliyev: Şəkərli diabet xəstələrinin dövlət təminatı genişləndirilir
İranda alkoqollu içkilərdən zəhərlənmədən 20 nəfər ölüb
Ceyhun Bayramov: Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir
"Buker" uşaq ədəbiyyatı üçün mükafat təsis edib, qısa siyahı açıqlanıb
XİN rəhbəri: Azərbaycan TRIPP-lə bağlı mütəmadi məlumatlandırılıb, layihənin qısa müddətə başa çatmasını arzulayırıq
Rəsmi Tbilisi: Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir
Nazir: Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir
Boçorişvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür