Bank Of Baku

Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verilib - YENİLƏNİB

Şahin Seyidzadə

© APA | Şahin Seyidzadə

# 17 mart 2022 16:06 (UTC +04:00)

Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O bildirib ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduqda onun deputat səlahiyyətlərinə xitam verilir: “MSK qərara alır ki, Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin”.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib.

Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.

***

saat 16.02

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

APA xəbər verir ki, iclasın gündəliyinə MSK-nın 3 sentyabr 2021-ci il iclas protokolunun təsdiq edilməsi, 6-cı çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verilməsi, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunda nəzərdə tutulmuş sənəd nümunəsinin təsdiq edilməsi, MSK-nın normativ xarakterli aktına dair, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və cari məsələ daxildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ş. Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya müraciət edib.

Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.

Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR