Bank Of Baku

Səfir: “Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin tarixində önəmli liderdir” - VİDEO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı

© APA | Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı

# 12 dekabr 2021 16:10 (UTC +04:00)

"Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günüdür. Heydər Əliyevi rəhmətlə anırıq".

APA bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin tarixində önəmli liderdir.

Onun sözlərinə görə, bugünkü Türkiyə-Azərbaycan münasibətlərinin təməli Heydər Əliyev tərəfindən qoyulub:

“Bir millət-iki dövlət anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə-Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır."

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR