“İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, 2003-cü ildən bu vaxta qədər müxtəlif amnistiya və əfv sərəncamları verilib: “Zəfər Günü ilə əlaqədar da Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə amnistiya elan edilməsi haqqında qərar layihəsi daxil olub”.