“Azərbaycan tarixinin ən parlaq səhifəsi Zəfərdir, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.
APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.
YAP Mərkəzi Aparatının rəhbəri deyib ki, bu, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir: “Bu qələbə Cənubi Qafqazda, Avrasiya regionunda yeni reallıq yaratdı. Zəngəzur dəhlizinin açılması kommunikasiya xətlərinin bərpası, Cənubi Qafqazın əməkdaşlıq mərkəzinə çevrilməsi deməkdir”.