Bank Of Baku

8 bələdiyyəyə seçkinin nəticələri etibarsız sayılıb

8 bələdiyyəyə seçkinin nəticələri etibarsız sayılıb
# 12 yanvar 2015 13:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı MSK-nın qərar layihəsi müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 8 bələdiyyədə seçkinin nəticələri ləğv edilib, 43 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu bələdiyyələrə 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində Ərəbşalbaş bələdiyyəsi, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Uzunboyat və Sədan bələdiyyələri, 70 saylı Masallı şəhər Seçki Dairəsində Musakücə bələdiyyəsi, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Sağlaser bələdiyyəsi, 94 saylı Bərdə Kənd Seçki Dairəsində Alpout bələdiyyəsi, 95 saylı Tərtər Seçki Dairəsində Soyulan bələdiyyəsi, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Nizami bələdiyyəsi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR