Bank Of Baku

“2015-ci il parlament seçkiləri: Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri” mövzusunda dəyirmi masa keçirilib

“2015-ci il parlament seçkiləri: Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri” mövzusunda dəyirmi masa keçirilib
# 15 yanvar 2015 14:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Milli Strateji Düşüncə Mərkəzinin təşkilatçılığı ilə “2015-ci il parlament seçkiləri: Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, Mərkəzin sədri İsa Qəmbər bildirib ki, Azərbaycanda bütün ciddi siyasi qüvvələr parlament seçkilərində iştiraka hazırlaşmalıdır.

 

O, müxalifətin parlament seçkilərinə yanaşmasının vacibliyini də vurğulayıb: “Biz mövqeyimizi daha aydın şəkildə ortaya qoymalıyıq ki, cəmiyyət müxalifətin bu seçkilərdə iştirak edəcəyini əvvəlcədən bilsin”.

 

O deyib ki, cəmiyyət siyasi qüvvələrin birləşib-parçalanmasından yorulub: “Ona görə də, hədəfimiz seçki öncəsi blokların yaradılması deyil, səmərəli funksional əməkdaşlığın təmin edilməsi olmalıdır”.

 

Müsavat Partiyası Məclisinin üzvü Almaz Əliqızı isə siyasi partiyaları parlament seçkilərini boykot etməyə çağırıb.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyasının parlament seçkilərinə xüsusi önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, Müsavat Partiyası parlament seçkiləri ilə əlaqədar kütləvi aksiyalar keçirməyi nəzərdə tutur.

 

Tədbirdə çıxış edən REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də müxalif qüvvələrin parlament seçkilərində iştirakının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR