Bakı. Pərviz Nuriyev - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin III rübündə “ABB-Gürcüstan” bankının aktivləri 128,15 mln. lari təşkil edib.
Kredit portfelinin həcmi 95,5 milyon lari, kreditlər üzrə ehtiyatların həcmi 10,71 mln. lari olub.
Hesabat dövrü ərzində bankın öhdəlikləri 100,34 mln. lari səviyyəsinə çatıb. Cari hesablardakı vəsaitlər və depozitlərin həcmi il ərzində 3,5 dəfə artaraq, 24,34 mln. lari olub. Bankın məcmu kapitalı il ərzində 9,5% yüksələrək, 27,81 mln. lari səviyyəsinə çatıb.
III rübün sonuna faiz gəlirləri 4,81 mln. lari, əldə olunan mənfəət il ərzində 2,9 dəfə artaraq 2,54 mln. lari təşkil edib.
Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Gürcüstan”ın nizamnamə kapitalı 22,69 mln. laridir. Bank 2006-cı ilin noyabr ayında Gürcüstanın ədliyyə nazirliyində dövlət qeydiyyatından keçib.