Birlikdən APA-ya verilən məlumata görə, 100 gəncin iştirakı ilə keçirilən layihənin məqsədi beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək, həmçinin Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılmasıdır.
Layihə müddətində yeni təlim modulu yaradılıb. Dekabrın 15-dən 20-dək davam edən layihə Quba şəhərində həyata keçirilib.
Layinənin son günündə gənclərə şəhadətnamə verilib.