Bank Of Baku

“V1 Challenge Azerbaijan”in qalibi yarışın təşkilinə görə, Azərbaycan Avtomobil Federasiyasına təşəkkür edib

“V1 Challenge Azerbaijan”in qalibi yarışın təşkilinə görə, Azərbaycan Avtomobil Federasiyasına təşəkkür edib
# 12 oktyabr 2014 15:37 (UTC +04:00)

Bakı-APA. “Yarışların yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Rəqiblərim çox güclü idi. Yarış mənim üçün çətin oldu”.

 

APA-nın xəbərinə görə, bunu oktyabrın 11-də Bakıda keçirilmiş “V1 Challenge Azerbaijan” yarışının qalibi, fransalı pilot Anton Huber bildirib.


A. Huber yarışda ən gərgin mübarizəsinin livanlı idmançı Abdo Feqaliyə qarşı olduğunu deyib: “Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. “Mən “Formula 4” pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum”.


Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran A. Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: “Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR