APA-nın məlumatına görə, Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Goranboy Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.