Bank Of Baku

Rauf Mirqədirovun daha bir apellyasiya şikayəti təmin edilməyib

 Rauf Mirqədirovun daha bir apellyasiya şikayəti təmin edilməyib
# 06 iyun 2014 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.

 

Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov deyib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib: “Biz vəsatət qaldırdıq ki, müstəntiqin qərarı saxtadır və xətşünaslıq ekspertizası keçirilməlidir. Lakin məhkəmə vəsatətimizi təmin etmədi”.

 

Vəkil bildirib ki, apellyasiya şikayəti R. Mirqədirovun ailə üzvləri ilə görüş hüququnun məhdudlaşdırılması ilə bağlı müstəntiqin qərarından verilmişdi: “Biz həmin qərarın ləğv edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdik. Lakin məhkəmə şikayətimi təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verdik”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR