Bank Of Baku

ADP bələdiyyə seçkilərində iştirak etməyəcək

ADP bələdiyyə seçkilərində iştirak etməyəcək
# 27 oktyabr 2014 15:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Demokrat Partiyası (ADP) bələdiyyə seçkilərində iştirak etməyəcək.

 

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya İdarə Heyətinin bu gün keçirilən toplantısında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə münasibət bildirilib.

 

İdarə Heyəti qeyd edib ki, bələdiyyələrin statusunun aşağı olması, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərinə hakimiyyətin lazımi qədər maraq göstərməməsi özünü idarəetmə sisteminə əsaslanan bələdiyyələrin rolunu aşağı salıb və siyasi partiyaların bələdiyyə seçkilərində iştirakına marağını azaldıb. Partiya yetkililəri partiyanın bələdiyyə seçkilərində iştirakının texniki problemlərlə bağlı məhdudlaşdığını bildirib. Eyni zamanda üzvlərin fərdi qaydada seçkilərdə iştirakını məqbul hesab edən İdarə Heyəti partiyanın mərkəzi qurumlarının seçkidə iştirak edəcək nümayəndələrinə mümkün olan bütün vasitələrlə dəstək veriləcəyini diqqətə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR