Martın 25-də Rusiyanın Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.
Şeyxülislamı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev müşayiət ediblər.
Hadisəni kədər hissi ilə qarşıladığını bildirən QMİ sədri Rusiya xalqına, yanğın zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Azərbaycandakı diplomatik korpusun nümayəndələri də səfirliyə gələrək başsağlığı veriblər. Səfirliyin qarşısına gül dəstələri düzülüb və şamlar yandırılıb. Sabah saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər xatirə kitabına başsağlığı diləklərini qeyd etmək olacaq.
Matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.
Qeyd edək ki, Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzində baş vermiş yanğında 41-i uşaq olmaqla, 64 nəfər ölüb, xeyli insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Allahşükür Paşazadə Rusiya səfirliyində xatirə kitabına ürək sözlərini yazıb
28 mart 2018 13:56 (UTC +04:00)
Daxili siyasət
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
21 may 2024