Bank Of Baku

AMİP rəhbərliyi Brüsseldə işgüzar səfərdə olub

AMİP rəhbərliyi Brüsseldə işgüzar səfərdə olub
# 30 mart 2015 13:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, AMİP baş katibi Arzuxan Əlizadə və partiyanın Beynəlxalq Əlaqələr katibi Elşən Mustafayev Avropa Xalq Partiyası (EPP) rəhbərliyinin dəvəti ilə martın 22-dən 28-dək Brüsseldə işgüzar səfərdə olub.

 

Partiyadan APA-ya verilən məlumata görə, səfərin ilk günü AMİP rəsmiləri AXP Baş Qərargahında Avropa Xalq Partiyasının Prezidenti Jozef Doulla, növbəti gün isə AXP baş katibi Antonio Lopez-İsturislə görüşüblər.

 

Görüşlərdə 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək qiymətləndirilib və bu münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanmaqla, AMİP-in AXP-yə üzvlük məsələsi və məsələlər müzakirə olunub.

 

Səfər çərçivəsində AMİP rəhbərliyi Avropa Parlamentində olub, AXP qrupunu təmsil edən parlamentarilərlə də görüşüblər.  

 

AMİP nümayəndə heyəti səfər zamanı Vilfrid Martins adına Avropa Araşdırmalar Mərkəzinin direktoru Tomi Huhtanenlə, Avropa İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnın müşaviri Hanna Jahnsla, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Təşkilatının Xarici Əlaqələr Komitəsində Azərbaycan, Ermənistan və Belarus üzrə Qrup rəhbəri cənab Chris Kendalla da görüşlər keçirib.

 

Görüşlərdə Avropa-Azərbaycan münasibətləri, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalının törətdiyi fəsadlar, Azərbaycanda insan haqları, Kütləvi İnformasiya Vasitələri və sərbəst toplaşma azadlığı ilə əlaqədar mövcud durum, karbohidrogen ehtiyatları və enerji daşıyıcıları ilə əlaqədar Azərbaycanın yürütdüyü siyasət, eləcə də regiondakı hazırkı vəziyyət və digər məsələlər müzakirə olunub. Avropa siyasətçiləri Azərbaycanı Avropanın bir hissəsi kimu qəbul etdiklərini, bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, AMİP-in bu yöndə fəaliyyətini yüksək qiymətləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR