Bank Of Baku

Axtarışda olan 9 nəfər tutulub

Axtarışda olan 9 nəfər tutulub
# 24 mart 2018 09:26 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən martın 22-də gün ərzində 64 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 14 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR