Bank Of Baku

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
# 02 dekabr 2014 09:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da baş tutacaq.

 

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA - ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 30 məsələ daxildir.

 

Bura Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlər və bəyannamələr, bələdiyyələrlə bağlı bir sıra sənədlər, o cümlədən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “İnformasiya vermək haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Dərman vasitələri haqqında” qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR