Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan
Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdləri İbrahimova Aytən Ümid qızı və Zeynalova Leyla Samir qızı xüsusi aylıq təqaüdə layiq görülüblər.
Həmçinin onların adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq.