Bank Of Baku

Azərbaycan prezidenti Şəmkir rayonuna 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Şəmkir rayonuna 2 milyon manat ayırıb
# 17 noyabr 2014 16:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 


APA-nın məlumatına görə, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi üçün Şəmkir Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR