Bank Of Baku

Azərbaycanda 1724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb

Azərbaycanda 1724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb
# 11 noyabr 2014 08:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu günədək Azərbaycanın 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1546-dan 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb.


Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin APA-ya verdiyi məlumata görə, namizədliklə bağlı müraciət edənlərin 15 369 nəfəri kişi, 6 395 nəfəri qadındır.

 

İndiyədək 17 463 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 5 837 imza vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Namizədliyini irəli sürənlərdən 17 601 nəfər ali, 1 862 nəfər orta ixtisas, qalan qisim orta təhsillidir. Bu günə qədər 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR