Azərbaycanda fövqəladə hallarda və yaxud hərbi vəziyyət zamanı tətbiq edilən mövcud qaydalara mane olan siyasi partiyaların fəaliyyəti elan olunmuş vəziyyət başa çatana qədər dayandırılacaq. APA-nın məlumatına görə, bununla bağlı “Siyasi partiyalar haqqında” qanuna 16.4-1-ci maddəsinin əlavə edilməsi təklif edilib.
Əlavəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.
Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub.