Bank Of Baku

Azərbaycanda məhkəmə hakimlərinin ilkin vəzifə müddətinin azaldılması gözlənilir

Azərbaycanda məhkəmə hakimlərinin ilkin vəzifə müddətinin azaldılması gözlənilir
# 26 dekabr 2014 15:06 (UTC +04:00)

Milli Məclisdən APA – ya verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinə dəyişiklik təklif edilir.

 

Dəyişiklər layihəsinə görə, hakim vəzifəsinə hakimlər ilk dəfə 3 il müddətinə təyin oluna biləcəklər. Hazırda bu müddət 5 ildir.

 

Maddəyə təklif edilən digər dəyişikliyə görə, Ali Məhkəmə hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən olunur.

 

Hazırda isə ümumilikdə bütün məhkəmə hakimlərinin son yaş həddi 65-dir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR