Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu maddəsinə dəyişiklik təklif olunur.
Dəyişiklik layihəsinə əsasən, hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə - Hüquq Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görür:
Qiymətli hədiyyə ilə mükafatlandırmaq;
Fəxri fərman ilə təltif etmək;
Fəxri döş nişanı ilə təltif etmək;
Hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.
Maddənin hazırkı variantında isə Məhkəmə-Hüquq Şurası onlara yalnız təşəkkür elan edir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.