Bank Of Baku

Azərbaycanda mənzillərin özəlləşdirilməsi ilə bağlı prosedur asanlaşdırılır

Azərbaycanda mənzillərin özəlləşdirilməsi ilə bağlı prosedur asanlaşdırılır
# 29 yanvar 2015 12:46 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsinə əlavə və dəyişiklik təklif edilir.

 

Layihəyə əsasən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə edilən sənədlər” siyahısına orderlə yanaşı, yaxud order əvəzi olaraq “mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” da əlavə olunur. Əlavə ediləcək sənədlər ərizə və sənədlərin təqdim edilməsi zamanı orderi əvəz də edə biləcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR