Milli Məclisdən APA-ya verilən məlumata görə, iclaslarda azərbaycanlı deputatlar Elxan Süleymanov, Azər Kərimli, Rasim Musabəyov və Azay Quliyev iştirak edəcəklər.
Komitələrdə demokratiya, yaxşı idarəetmə və sabitlik, Şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə dair təhdidlər, Avropa İttifaqı ilə iqtisadi inteqrasiya və yaxınlaşma, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında birgə nəqliyyat layihələri sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, Şərq Tərəfdaşlığı çərçivəsində mədəniyyətlərarası dialoq və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.
Səfər noyabrın 6-da başa çatacaq.