Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın 9 noyabr mitinqi ilə bağlı təşkilatçılara xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın 9 noyabr mitinqi ilə bağlı təşkilatçılara xəbərdarlıq edib
# 07 noyabr 2014 12:42 (UTC +04:00)

F. Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, saat 15:30-da BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev onu qəbul edib.

 

S. Bağırov Milli Şuranın siyasi məhbuslara azadlıq tələbi ilə noyabrın 9-da 15:00-dan 17:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

 

Milli Şura üzvlərinə bildirilib ki, mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa əlavə şüarların səslənməsinə, iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar.

 

F. Qəhrəmanlı bildirib ki, artıq mitinqin noyabrın 9-da keçirilməsi ilə bağlı qərar verilib

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR