Bakı. Fuad Cəfərov, Könül Kamilqızı - APA. Bakıda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza zamanı iki nəfər ölüb, 5 nəfər xəsarət alıb.
İdarədən ölənlərin və xəsarət alanlarının adlarının hələlik müəyyən olunmadığı bildirilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı bu gün saat 07:37-də məlumat daxil olub. Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə-kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə aparılıb. Onun sözlərinə görə, 2 nəfər isə təcili yardım briqadaları hadisə yerinə gələnə kimi ətrafdakı insanlar tərəfindən Klinik Tibbi mərkəzə çatdırılıb.
***
09.59
Bakı – APA. Bu gün səhər Qaradağ rayonu ərazisində minik avtomobilləri sərnişin avtobusu ilə toqquşub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “Daewoo” və “Mercedes” markalı minik avtomobillərinin “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində “Daewoo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Şükürov Saleh Məmmədbağır oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.